Qurbanovun qardaşı baş məşqçi gətirilir
Tarix: 3-08-2015, 18:34 | Çap et
Qurbanovun qardaşı baş məşqçi gətirilir
Keçmiş bankir Cahangir Hacıyevin “Simurq”u yeni adla əvəzlənib. Maliyyə problemləri ucbatından dağılan klubun yerinə AFFA tərəfindən “Zaqatala” komandasının yaradılması qərara alınıb.

Axar.az-ın məlumatına görə, yeni klubun təsisatı "Simurq"un borclarını silməyə hesablanıb. Bu praktika digər komandalarda da vaxtilə olub.

Komanda.az isə xəbər verib ki, adı dəyişmiş klubun baş məşqçi postuna Musa Qurbanov gətiriləcək. Əslən Zaqataladan olan M.Qurbanov "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun böyük qardaşıdır. O, 1991-ci ildə Zaqatalanı təmsil edən "Daşqın"da oynayıb. Daha sonra daha çox menecer fəaliyyəti ilə tanınıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net