Almaniya rəhbərliyi bəyan edib ki, ölkədə miqrantların sayı 10,9 milyon nəfərə çatıb.
Bu barədə AzVision.az `Reuters`ə istinadən xəbər verir.
Bu göstərici üç il əvvəlki nəticədən bir milyon artıq və son 10 ildə ən yüksək göstəricidir.
Federal Statistika Bürosunun məlumatlarına görə, 2011-ci ildən bəri Almaniyaya gələn miqrantlardan 620 mini Avropa İttifaqının vətəndaşlarıdır. Bundan əlavə hesabatda vurğulanır ki, Çin, Suriya və Hindistandan gələn miqrantların sayında da kəskin artım müşahidə olunur.

