Miqrant üsyanı: "Ölsəniz də, ölkənizə keçəcəyik"
Tarix: 3-08-2015, 10:27 | Çap et
Miqrant üsyanı: "Ölsəniz də, ölkənizə keçəcəyik"
Fransanın Kale şəhərində, "Eurotunnel"in qarşısındakı yük terminalında minlərlə miqrant Böyük Britaniyaya keçmək üçün çarpışır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, yük terminalının ətrafındakı hasarı müxtəlif yerdən dələn miqrantlar La-Manş boğazının altı ilə keçən tunelə yol tapmağa çalışırlar.

Dünən 240 fransız polisi ilə miqrantlar arasında yeni toqquşma olub.

Qəzəblənən miqrantlar tunelin qarşısına yığışaraq şüarlar söyləyiblər: "Bizi niyə öldürürsünüz?! Bacılarımızı, qardaşlarımızı niyə öldürdünüz? Həyatımızı xilas etmək üçün gedirik! Ölsəniz də, ölkənizə keçəcəyik!"

200 miqrant dünən terminalın qarşısında canlı barrikada qurmuşdu.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net