Rus milyarder Türkiyədə çimərliyi bağlatdırdı
Tarix: 31-07-2015, 10:29 | Çap et
Rus milyarder Türkiyədə çimərliyi bağlatdırdı
Dünyanın ən zəngin adamlarından biri sayılan rusiyalı Oleq Deripaska tətil üçün ailəsi ilə birgə Türkiyənin Bodrum şəhərinə gəlib.

Axar.az xəbər verir ki, rus milyarder Bodrumda yerləşən beş ulduzlu otellərdən birinin çimərliyini bağlatdırıb.

Deripaskanın üzərində helikopteri olan 140 milyon dollarlıq 75 metr uzunluğundakı “Queen K” adlı yaxtası ətrafdakı insanların diqqətini cəlb edib.

Qeyd edək ki, 6,2 milyard dollar sərvəti olan Deripaska “Forbes” jurnalının milyarderlər siyahısında 230-cu yerdədir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net