Bakı sakini borca görə özünü öldürdü
Tarix: 29-07-2015, 17:53 | Çap et
Bakı sakini borca görə özünü öldürdü
Fakt üzrə istintaqı Sabunçu rayon prokurorluğu aparır.

Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin sakini böyük məbləğdə borcu olduğuna görə özünü öldürüb.

Vertikal.az xəbər verir ki, bu barədə Vesti.Az-a Sabunçu rayon Polis İdarəsindən bildiriblər.

Bildirildiyi kimi, mebel sexində usta işləyən 1969-cu il təvəllüdlü Məmmədov Coşqun Həşəm oğlu səhər işə gəldikdən sonra özünə bıçaqla xəsarət yetirib. Onu qan içində tapan həmkarları, Məmmədovu xəstəxanaya çatdırıblar.

Amma onu xilas etmək mümkün olmayıb.

Məmmədovun böyük məbləğdə borcu olduğu üçün intihar etdiyi ehtimal edilir.

Fakt üzrə istintaqı Sabunçu rayon prokurorluğu aparır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net