NATO qırıcıları rusların 12 təyyarəsini tutdu
Tarix: 29-07-2015, 16:14 | Çap et
NATO qırıcıları rusların 12 təyyarəsini tutdu
NATO-nun hava polisinin qırıcı təyyarələri Latviyanın hava sərhədlərinin yaxınlığında 12 rus təyyarəsini yaxalayıb.

Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı Latviya Milli Silahlı Qüvvələri öz Twitter səhifəsindən paylaşıb.

“Hava polisinin qırıcıları bu gün - iyulun 29-da Baltik dənizi üzərində, Latviya sərhədlərinin yaxınlığında Rusiya Silahlı Qüvvələrinin 3 təyyarəsini, bir “İL-76”, 4 “MiQ-31” və 4 “Su-24” təyyarəsini yaxalayıb” - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Baltikyanı ölkələrdən heç birinin hava məkanı pozulmayıb.

Bundan əvvəl isə Latviya Silahlı Qüvvələri Rusiyanın 3 hərbi təyyarəsini yaxalaması barədə informasiya yaymışdı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net