Balakəndə xüsusi yetişdirilmiş narkotik bitki aşkar edilib
Tarix: 28-07-2015, 14:24 | Çap et
Balakəndə xüsusi yetişdirilmiş narkotik bitki aşkar edilib
Balakən rayonunda yerləşən meşə massivinin ərazisində külli miqdarda - 5.000-ə yaxın narkotik tərkibli çətənə bitkilər aşkar edilib.

DİN-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, çətənə kolları Balakən Payon Polis Şöbəsi, DİN Daxili Qoşunları və Dövlət Sərhəd Xidməti əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin iştirakı ilə birgə keçirdikləri tədbirlər nəticəsində ortaya çıxıb. Məlum olub ki, narkotik bitki 4 sahədə naməlum şəxs və ya şəxslər tərəfindən əkilib və aqrotexniki qaydada qulluq edilib.

Faktla bağlı Balakən RPŞ-də qaldırılmış cinayət işi üzrə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net