Hərbi kazarma uçdu: ölənlərin sayı 23-ə çatdı
Tarix: 13-07-2015, 12:57 | Çap et
Hərbi kazarma uçdu: ölənlərin sayı 23-ə çatdı
Omskda Hərbi Desant Qoşunlarının kazarmasının uçması nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

Müdafiə Nazirliyinin məlumatına görə, bu vaxta qədər dağıntılar altından 42 nəfər çıxarılıb.

"İyulun 13-ü səhər saat 10:00-a (Bakı vaxt ilə 12:00) olan məlumata görə, 23 hərbçi ölüb".

Bazar günü axşam saatlarında kazarma binasının bir neçə mərtəbəsi uçub. Onlarla insan dağıntılar altında qalıb.

Saat 10:21
Rusiyanın Omsk şəhərində hərbi kazarma binasında uçqunda ölənlərin sayı sürətlə artır. ANS PRESS-in məlumatına görə, regionun xilasetmə xidmətinin nümayəndəsi baş vermiş hadisə nəticəsində dağıntılar altından 37 nəfər çıxarılıb. Onlardan 18-nin cəsədinin çıxarmaq mümkün olub.

İlkin məlumatlara görə, dağıntılar altında 8 nəfər var. Onların xilas edilməsi yönündə iş gedir.

Həmin an binada olan 337 nəfərdən 45-i dağıntılar altında qalıb. Xilas edilən 19 nəfərin əksəriyyəti ağır və çox ağır vəziyyətlərdə xəstəxanalara çatdırılıb. İlkin məlumata görə, 11 nəfərin şəxsiyyəti müəyyən edilib.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net