Putinlə Berluskoni görüşüblər
Tarix: 29-06-2015, 17:49 | Çap et
Putinlə Berluskoni görüşüblər
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Rusiyaya qeyri-rəsmi səfər edib. ANS PRESS-in məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu haqda xəbəri təsdiqləyib. O, Berluskoninin "Qazprom Neft"in Altaydakı obyekti olan qonaq evində qaldığını deyib.

"Berluskoni, doğrudan da, Rusiyada qeyri-rəsmi səfərdədir. Vladimir Putin və Silvio Berluskoni Altayda görüşüblər. Amma mən görüşün təfərrüatlarını açıqlaya bilmərəm", - deyə Peskov əlavə edib. Putinin mətbuat katibi hələlik prezidentin yay məzuniyyətinə getməyəcəyini də bildirib.

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ölkənin ən tanınmış və qalmaqallı siyasətçilərindən biridir. O, 3 dəfə ölkənin baş naziri olub. Berluskoni həm də "Milan" futbol klubunun sahibidir və "Forbes" jurnalının araşdırmalarına görə dünyanın ən zəngin insanlarından biridir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net