Pərviz Bağırov: "Himnimizi səsləndirəcəyəm"
Tarix: 26-06-2015, 14:57 | Çap et
Pərviz Bağırov: "Himnimizi səsləndirəcəyəm"
“Döyüş çətin keçdi, çünki mən rəqibi tanımırdım. Allaha şükür ki, çətin də olsa, qalib gəldim və inşallah, finalda himnimizi səsləndirəcəyəm".

Trend-in məlumatına görə, bunu jurnalistlərə britaniyalı rəqibinə qalib gələrək finala vəsiqə qazanan boksçumuz Pərviz Bağırov deyib.

P.Bağırov finaldakı rəqibi ilə indiyə qədər qarşılaşmadığını desə də, qələbə qazanacağına inandığını bildirib: "Finaldakı rəqibimi tanıyıram - Avropa çempionudur və təcrübəli idmançıdır. Ancaq ümid edirəm ki, mən ona qalib gələcəyəm".

Boksçumuz rəqibindən daha sürətli olduğunu bildirib: "Mən ondan sürətli və taktikalıyam. Zədə almışam, ancaq nə qədər ciddi olsa da, rinqə çıxıb vuruşmalıyıq. Düşünürəm ki, bir problem olmaz".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net