Obama Sarkisyanla görüşməyəcək
Tarix: 5-05-2015, 11:31 | Çap et
Obama Sarkisyanla görüşməyəcək
Ermənistan prezidentinin bu gündən ABŞ-a səfər başlayır.

AzVision.az Erməni KİV-nə istinadən xəbər verir ki, Sarkisyan Vaşinqtonda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliklə görüşəcək.

Ermənistan prezidentinin həmçinin, Holokost muzeyini və Konqres kitabxanasını ziyarət edəcəyi gözlənilir.

Səfər zamanı prezident “Washington Post” qəzetinin redaksiyasında da olacaq.

Mayın 7-də Sarkisyan “erməni soyqırım”ının 100 illiyi ilə bağlı Vaşinqtonda keçiriləcək tədbirə qatılacaq. Bu tədbirlə bağlı erməni tərəfi ABŞ prezidenti Barak Obamaya dəvət göndərib. Lakin ABŞ prezidentin bu dəvətə müsbət cavab verib-verməyəcəyi barədə isə məlumat yoxdur.
Mayın 8-i isə Ermənistan prezidenti Avrasiya İqtisadi İttifaqı Şurasının iclası və Böyük Vətən Müharibəsində qələbənin 70 illik yubileyi ilə əlaqədar tədbirlərə qatılmaq üçün Moskvaya gedəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net