Prezident İlham Əliyev yeni SƏRƏNCAM imzaladı
Tarix: 7-06-2021, 15:16 |
Çap et
Prezident İlham Əliyev iyunun 7-də “Cəlilabad, Lənkəran, Masallı və Yardımlı rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Musavat.com xəbər verir ki, Sərəncama əsasən, Cəlilabad, Lənkəran, Masallı və Yardımlı rayonlarının əhalisi 33550 nəfər olan 12 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 12 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 840,0 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
Sıra
№-si
Rayonun
adı
Quyuların
sayı, ədəd
Yaşayış məntəqələrinin adı
Əhalinin sayı, nəfər
Cəlilabad
6
Boyxanlı kəndi
1740
Cəfərxanlı kəndi
1289
Xəlilabad kəndi
2231
Komanlı kəndi
3270
Təzəkənd kəndi
3264
Üçtəpə kəndi
8277
Lənkəran
1
Qurumba kəndi
1496
Masallı
4
Hüseynhacılı kəndi
1367
Köcəkli kəndi
2192
Mahmudavar kəndi
5714
Tüklə kəndi
2214
Yardımlı
1
Şiləvəngə kəndi
496
Cəmi:
12
12
33 550