Ana Sayfa > Xəbər > Prezident İlham Əliyev yeni SƏRƏNCAM imzaladı
Prezident İlham Əliyev yeni SƏRƏNCAM imzaladı7-06-2021, 15:16. Yazar: admin |
|
Prezident İlham Əliyev iyunun 7-də “Cəlilabad, Lənkəran, Masallı və Yardımlı rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Musavat.com xəbər verir ki, Sərəncama əsasən, Cəlilabad, Lənkəran, Masallı və Yardımlı rayonlarının əhalisi 33550 nəfər olan 12 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 12 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 840,0 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. Qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı Sıra №-si Rayonun adı Quyuların sayı, ədəd Yaşayış məntəqələrinin adı Əhalinin sayı, nəfər Cəlilabad 6 Boyxanlı kəndi 1740 Cəfərxanlı kəndi 1289 Xəlilabad kəndi 2231 Komanlı kəndi 3270 Təzəkənd kəndi 3264 Üçtəpə kəndi 8277 Lənkəran 1 Qurumba kəndi 1496 Masallı 4 Hüseynhacılı kəndi 1367 Köcəkli kəndi 2192 Mahmudavar kəndi 5714 Tüklə kəndi 2214 Yardımlı 1 Şiləvəngə kəndi 496 Cəmi: 12 12 33 550 Geri dön |