Bakıda polis itmiş pulu sahibinə qaytardı
Tarix: 24-06-2020, 13:47 | Çap et
Bakıda polis itmiş pulu sahibinə qaytardı

Bakı metrosunda polis əməkdaşları pulunu itirən gənci sevindirib.

Paytaxt sakini Pərviz İsrafilovun Oxu.Az-a verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları itmiş maaşını 1993-cü il təvəllüdlü dostu Nəsib Ağayevə qaytarıb.

Belə ki, N.Ağayev iyunun 23-də “Xətai” metrostansiyasında portmanatını itirib. Metropolitenin polis əməkdaşları əvvəl itmiş əşyanı, daha sonra isə 671 manatı itirmiş pul sahibini tapıblar.

Beləliklə, hüquq mühafizəçilərinin sayəsində N.Ağayev maaşını yenidən əldə edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net