Magistraturaya proqram və ixtisaslaşma seçiminin vaxtı uzadılıb - Diqqət!
Tarix: 18-06-2020, 16:42 | Çap et
Magistraturaya proqram və ixtisaslaşma seçiminin vaxtı uzadılıb - Diqqət!

2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçiminin vaxtı 21 iyun saat 23:59-dək uzadılır.

Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən bilddirilib: "İxsaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.

Bundan əlavə, 700-ə yaxın bakalavrın ümumi orta müvəffəqiyyət göstəricisi ali təhsil müəssisələri tərəfindən “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməyib. Ali təhsil müəssisələrinin məsul şəxsləri qeyd olunan vaxtadək ÜOMG-ni bazaya daxil etməlidirlər.
Xatırladaq ki, 18 iyun saat 16:00-a olan məlumata əsasən, 10869 bakalavr (Azərbaycan bölməsi üzrə 10073, rus bölməsi üzrə 796) öz ərizəsini təsdiq edib.

Müsabiqəyə yalnız 21 iyun saat 23.59-dək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net