Dünya Axıska Türkləri Birliyi SOCAR-a təşəkkür etdi
Tarix: 18-06-2020, 09:59 | Çap et
Dünya Axıska Türkləri Birliyi SOCAR-a təşəkkür etdi

Dünya Axıska Türkləri Birliyinin (DATÜB) Baş direktoru Ziyatdin Kassanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı nümayəndəliyinə təşəkkür məktubu göndərib.

“Report”un məlumatına görə, məktubda qeyd edilir ki, 2010-cu ildə yaradılan DATÜB Axıska Türklərinin dövlətlərarası qeyri-hökumət təşkilatıdır. Qurum yarandığı gündən Vətənlərindən uzaqda, dünyanın 9 müxtəlif ölkəsində yaşayan axıskalı türk tələbələrinin təhsil almaları üçün təqaüdlərin verilməsinə köməklik göstərir. Birlik Axıska sürgünün 75-ci ildönümü ərafəsində Azərbaycandan gəlib Gürcüstandakı müxtəlif universitetlərdə təhsil alan, Axıska türkü olan tələbələrə təqaüdlərin verilməsinə görə SOCAR-ın Gürcüstandakı nümayəndəliyinə təşəkkür edib.

Qeyd edək ki, “SOCAR Georgia” şirkəti, 2008-ci ildən etibarən Gürcüstanın dövlət universitetlərində təhsil alan azərbaycanlı tələbələrin təhsil haqqlarını ödəyir. 2019-cu ildə bu tələbələrin sayı 1980 nəfərə çatıb. 2013-2017-ci illər ərzində şirkət tərəfindən Gürcüstanın dövlət universitetlərində təhsil alan 120 azərbaycanlı əlaçı tələbəyə də təqaüd verilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net