Türkiyədə turistlərin qəbul edilmə qaydası açıqlandı
Tarix: 9-06-2020, 16:01 | Çap et
Türkiyədə turistlərin qəbul edilmə qaydası açıqlandı

Türkiyənin Turizm və Mədəniyyət naziri Mehmet Ersoy ölkəyə gələn turistlərin koronavirus testindən necə keçiriləcəyindən danışıb.

Onun sözlərinə görə, Türkiyə tərəfi turistlərdən xəstəliyə yoluxmamaları barədə arayış tələb etməyəcək, amma yenə də nəzarət olacaq.

ATOR xəbər verir ki, turistlər hərarətlərini təmas olmadan ölçə biləcəklər.

Sərhəd nəzarəti zonalarında ilk tibbi yardım postları təchiz ediləcək: 38 dərəcədən yuxarı temperatur olan turistlər oraya göndəriləcək. Orada həmin şəxslər testdən keçəcək.

Ersoy Türkiyənin tətildə COVID-19 və ya hər hansı digər infeksiyaya yoluxanların müalicəsinə kömək edəcəyini bildirib:

“Ölkəmizdə kimsə xəstələnərsə, lazımi tibbi xidmətlər göstərəcəyik. Bu baxımdan, heç kim narahat olmamalıdır”.

Ancaq müalicənin ödənişsiz olub-olmayacağı açıqlanmayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net