“Mayın 30-da London-Bakı reysi ilə 40-50 nəfərin gətiriləcəyi gözlənilir”.
"Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“İyunun birinci həftəsində ABŞ-dan çarter reysinin təşkili nəzərdən keçirilir”- deyə İ.Məmmədov bildirib.

