
Ermənistanda son sutka ərzində koronavirusa yoluxanların sayı 442 nəfər təşkil edib.
Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.
Məlumata görə, bununla koronavirusa yoluxanların ümumi sayı 8216-ya yüksəlib.
Son sutka ərzində koronavirusdan 15 nəfər ölüb. Ölkədə koronavirusdan ölənlərin ümumi sayı bununla 113-ə çatıb.

