“WikiLeaks” ABŞ prezidenti Barak Obamanın yazışmalarını dərc edib.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, yazışmalar gizlin elektron ünvandan - bobama@ameritech.com–dan göndərilib. Portal ABŞ prezidentliyinə namizəd Hillari Klintonun yaxın silahdaşı Con Podestin 7 məktubunu da dərc edib. Onlardan 6-sı ABŞ prezidentinə ünvanlanıb.
Dərc olunan məktublar arasında Obamanın 2008-ci il, 31 oktyabr tarixinə aid yazışması da var. Yazışmalarda Obamanın həmin il, noyabrın 15-də keçiriləcək “G 20” sammitində iştirak edib-etməməsi müzakirə olunub.

