
Ukraynanın baş prokuroru Viktor Şoqin istefa verib.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, istefa ərizəsi prezidetn administrasiyasına təqdim olunub. Faktı prezidentin mətbuat xidmətinin rəhbəri Svyatoslav Çeqolko da təsdiqləyib.
Ukrayna prezidenti Pyotr Poroşenko 2 gün öncə baş prokuroru istefa verməyə çağırmışdı.
Onun fikrincə, Şokin üzərinə düşən vəzifələri yetərincə düzgün yerinə yetirə bilmir.

