
Bu gün Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun barəsində olan məhkəmə qərarından kassasiya şikayətinə baxılıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, R. Cəfərov 2 avqust 2014-cü ildə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Prosesdə Rəsul Cəfərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi üzrə cinayət tərkibinə xitam verilib. Onun cəzasından 3 ay çıxılıb və barəsində 6 il 3 ay müddətinə həbs cəzası saxlanılıb.
Virtualaz.org onu da xatırladır ki, R.Cəfərov Azərbaycandakı yeni “facebook inqilabı”nın, necə deyərlər, sözükeçən nüfuz agentlərindən biridir. Bundan başqa, o, qrantların əridilməsi üzrə mütəxəssis kimi də tanınır. Qısa müddət ərzində müxtəlif işlərə görə yüz minlərlə dollar qrant alıb. Onun ABŞ xüsusi xidmət orqanlarının vaxtilə Azərbaycandan qovulmuş gizli əməkdaşı Rebekko Vinsentlə sıx əlaqəsi olub...

