Ermənistanda koalisiya razılaşması əldə olunub
Tarix: 11-02-2016, 15:10 | Çap et
Ermənistanda koalisiya razılaşması əldə olunub
Ermənistanda hakim Respublika Partiyası ilə Daşnaksütun Partiyası arasında koalisiya razılaşması əldə olunub. Novator.az-ın məlumatına görə, razılaşma əsasında Daşnaksütun Partiyasına 3 nazir, 2 qubernator postu veriləcək.

Ermənistan parlamentinin Respublika Partiyasından deputatı Armen Rustamyan İctimai Televiziyaya müsahibəsində daşnaklara hansı postların veriləcəyini açıqlayıb. Razılaşmaya görə, Daşnaksütun Partiyasının təmsilçiləri ərazi idarəetmə naziri, elm və təhsil naziri, iqtisadiyyat naziri kürsülərində oturacaqlar. Şirak və Araqatsotn vilayətlərinin qubernatoru vəzifələri də daşnaklara təhvil veriləcək.

Hakim Respublika Partiyasına prezident Serj Sərkisyan liderlik edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net