ABŞ prezidenti Barak Obamanın xidməti təyyarəsində məsul vəzifə tutan Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin generalı Martin Dempsey mətbuat konfransı zamanı huşunu itirib.
“Air Force One” təyyarəsində xidmət edən general M.Dempsey mətbuat konfransında jurnalistlərin ona ünvanlandığı büdcə ilə bağlı sualı cavablandıran zaman qəfil halı pisləşib. Bu zaman ona ilk müdaxiləni də komandir edib və generalın yerə yıxılmasına imkan verməyib.(Publika.az)

