Azərbaycanda vergi xidməti işçilərinin peşə bayramıdır
Tarix: 11-02-2016, 09:51 | Çap et
Azərbaycanda vergi xidməti işçilərinin peşə bayramıdır
Bu gün Azərbaycanda vergi xidməti işçilərinin peşə bayramıdır.

SalamNews-un məlumatına görə, Vergilər Nazirliyi ümummilli lider Heydər Əliyevin 11 fevral 2000-ci il tarixli 281 nömrəli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında yaradılıb.

Azərbaycanda vergi xidməti işçilərinin peşə bayramı isə Prezident İlham Əliyevin 1 fevral 2005-ci il tarixdə imzaladığı müvafiq sərəncamla hər il 11 fevralda qeyd olunur.

Vergilər Nazirliyi yaradıldıqdan sonra vergi orqanlarının strukturunun müasirləşdirilməsi ilə bağlı işlərə başlanılıb, yekunda vergi orqanlarının funksional əsasda fəaliyyət göstərən strukturun tətbiqinə üstünlük verilib. Struktur islahatlarına paralel olaraq qanunvericilik bazası formalaşdırılıb.

Nazirliyin 2000-ci ildə rəsmi internet səhifəsi yaradıl;b ki, onun vasitəsilə qanunvericilikdə baş verən dəyişikliklər, vergilərə dair normativ aktlar operativ qaydada vergi ödəyicilərinə çatdırılır. Bir il sonra vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığı, yenidən hazırlanması və ixtisaslarının artırılması, vergi sisteminin formalaşdırılması, inkişafı və hüquqi təminatına dair elmi tədqiqatların aparılması məqsədilə Vergilər Nazirliyinin Tədris Mərkəzi yaradılıb.

Vergi sistemində şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyətinin təşviq olunması, vergi ödəyiciləri və dövlətin maraqlarının tarazlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ölkə iqtisadiyyatının sürətlə inkişaf etməsində, Azərbaycanın regionun iqtisadi cəhətdən ən qüdrətli dövlətinə çevrilməsində mühüm rol oynayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net