OPEK: “Gündəlik hasilat 700 min barrel azalacaq”
Tarix: 10-02-2016, 17:38 | Çap et
OPEK: “Gündəlik hasilat 700 min barrel azalacaq”
2016-cı il ərzində qeyri-OPEK ölkələrində gündəlik hasilat 700 min barrel azalacaq.

Axar.az xəbər verir ki, bu, OPEK-in digər neft istehsalçıları ilə bağlı proqnozunda öz əksini tapıb.

“Beynəlxalq neft şirkətlərinin xərclərində ixtisar etməsi, ABŞ və Kanadadakı aktiv qazma quyularının sayının azalması və köhnə quyulardakı kəskin enişlər qeyri-OPEK ölkələrdə hasilatın azaldığını göstərir”, - təşkilat bildirib.

OPEK-ə gəldikdə isə təşkilat ötən ay hasilatı 131 min barrel artıraraq, gündəlik 32,34 milyon barrelə çatdırıb.

Qeyd edək ki, 2014-cü ilin iyulundan başlayaraq dünya bazarlarında neftin qiyməti ucuzlaşıb. Qiymətlərin düşməsində başlıca səbəb kimi hasilatın çoxluğu, təklifin tələbi üstələməsi göstərilir.

Qeyri-OPEK ölkələrində hasilatın azaldılmasının qiymətlərin nisbətən bahalaşacağına səbəb olacağı ehtimal edilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net