"Bikini geyinmək üçün yaşın və çəkinin fərqi yoxdur"
Tarix: 10-02-2016, 14:57 | Çap et
"Bikini geyinmək üçün yaşın və çəkinin fərqi yoxdur"
Moda dünyasında artıq ancaq standart bədən ölçülü və gənc modellər deyil, həm də kök və yaşlı olanlar da kamera qarşısına çıxır.

Model.axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ingilis Nikola Qirffin "Sports Illustrated" jurnalı üçün poz verən ən yaşlı model kimi tarixə düşüb. 56 yaşlı Nikola boz saçlarına görə jurnalın diqqətini cəlb edib. "Hər kəs üçün bikini" kampaniyası üçün foto çəkdirən model bu haqda belə deyib:

"Ümid edirəm qadınlar bu kampaniya sayəsində hansı yaşda və bədən ölçüsündə olurlarsa, olsunlar, gözəl görünə biləcəklərini bir daha anlayacaqlar".

Jurnal isə "Modellik sadəcə 20 yaşında və uzun boylu olmaqla deyil... O görüntülərdən bezdik..." deyib.

Kampaniyaya qoşulan iri bədən ölçülü kanadali model Filomena Kuao da poz verərək "bədəninizin sevdiyi bir parçası varsa, hər gün onun ləzzətini yaşayın" deyib

Fotosessiyada iştirak edən digər məşhur kök model isə Eşli Qrehem olub.

"Bikini geyinmək üçün yaşın və çəkinin fərqi yoxdur"
"Bikini geyinmək üçün yaşın və çəkinin fərqi yoxdur"
"Bikini geyinmək üçün yaşın və çəkinin fərqi yoxdur"





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net