NATO Rusiya sərhədlərinə əlavə qüvvə cəmləşdirir
Tarix: 10-02-2016, 11:57 | Çap et
NATO Rusiya sərhədlərinə əlavə qüvvə cəmləşdirir
NATO Rusiya ilə sərhədlərə əlavə hərbi qüvvələr yerləşdirməyə hazırlaşır. Virtualaz.org xəbər verir ki, alyansın müdafiə nazirlərinin Brüsseldə başlayan toplantısında bu plan müzakirəyə çıxarılıb.

“The Daily Telegraph” yazır ki, müdafiə nazirləri alyansın şərq cinahının möhkəmləndirilməsi planını müzakirə edəcəklər. NATO ehtiyat edir ki, Moskva Baltik ölkələrinə, habelə Şərqi və Cənubi Avropa dövlətlərinə ya birbaşa hərbi müdaxilə edə, ya onlara qarşı “hibrid müharibə” taktikasını işə sala bilər.

Bu təhlükə ilə əlaqədar olaraq NATO Estoniya, Latviya, Litva, Polşa, Rumıniya və Bolqarıstanda hərəsində 500-1000 nəfərdən ibarət olmaqla hərbi bölmələr yerləşdirməyi nəzərdə tutur. Həmin qüvvələrin özəyini ABŞ, Böyük Britaniya və Almaniya hərbçiləri təşkil edəcək. Onlar mobil hava hücumundan müdafiə vasitələri ilə təchiz olunacaqlar.

Xəbər verdiyimiz kimi bu günlərdə ABŞ-ın nüfuzlu hərbi araşdırmalar şirkəti “Rand Corporation” belə qənaətlə çıxış edib ki, əgər Rusiya Baltik ölkələrinə hücum etsə NATO qüvvələri onların qarşısında dayana bilməyəcək və ruslar uzağı 3 sutka ərzində hər üç ölkəni tutacaqlar. Şirkətin bu qənaəti Pentaqonla birlikdə keçirdiyi kabinet hərbi təlimlərinin nəticələrinə əsaslanırdı. Bildirilirdi ki, NATO ləngimədən şərq cinahında on minlərlə hərbçidən və minlərlə zirehli texnikadan ibarət qüvvə yerləşdirməsə Rusiyanın mümkün müdaxiləsi nəticəsində darmadağın olacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net