Ayan: "İstəyərəm ki, hamı belə sevsin"
Tarix: 8-02-2016, 12:47 | Çap et
Ayan: "İstəyərəm ki, hamı belə sevsin"
Müğənni Ayan Babakişiyeva yeni mahnısını təqdim edib.

Axşam.az xəbər verir ki, sözləri Baba Vəziroğluna, musiqisi Elçin İmanova, aranjimanı Emil Minşayevə məxsus olan mahnı "Çağır gələrəm" adlanır.

A.Babakişiyeva yeni ifasının hit olacağını iddia edib:

"Mahnı 2,5 il bundan əvvəl yazılıb. Sənətimdə dönüş edəcəyinə inanıram. Elçin İmanovdan bəstə ifa edən zaman, düşünürəm ki, bu mahnı sıradan deyil, sənətkarların qulaq asacağı mahnıdır. Elçin İmanov həm də müəllimimdir. Elə oxutdurur ki, mahnıya yanaşma, çalarlar hamısı yerində və gözəl olur. Sözlərini də çox bəyənmişəm, dərin mənası var. Əslində şeirin adı "Sevgi ayrılıqdan güclüdür vallah" adlanır. Biz "Çağır gələrəm" adlandırdıq. Göründüyü kimi sevgi çox güclüdür. Sevən o biri dünyada olsa belə, sevgisi üçün qayıdıb gələr. İstəyərəm ki, hamı belə güclü sevsin. Repertuarımda ən sevdiyim mahnılarımdan biri olacaq, çünki sənətkarlar hazırlayıb. Eyni zamanda həyatında əsl sevgi yaşayanlar üçün gözəl bir ərməğan olacaq".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net