Azərbaycan Arqamuntdan nə gözləyir? - ŞƏRH
Tarix: 26-01-2016, 15:41 | Çap et
Azərbaycan Arqamuntdan nə gözləyir? - ŞƏRH
Ötən gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının plenar iclasında ispaniyalı parlamentari Pedro Aqramunt AŞPA-nın yeni sədri seçilib. O uzun illər Azərbaycan üzrə həmməruzəçi vəzifəsində çalışıb. Bu illər ərzində P.Arqamunt ədalətli çıxışları ilə yadda qalıb.

Arqamunt AŞPA sədri kimi yenə ədalətli mövqedə dayana biləcəkmi? Onun fəaliyyəti sələfi Ann Brosserdən nə ilə fərlənəcək?

Deputat, politoloq Rasim Musabəyovun fikrincə, P.Aqramuntun sədrliyi dönəmində Azərbaycan-AŞPA münasibətlərində inkişaf dərinləşəcək: “Pedro Aqramunt Azərbaycana müsbət yanaşan şəxsdir. Azərbaycan onun sədr seçilməyini dəstəkləyib. Hər bir halda Aqramunt Azərbaycana məqbul şəxsdir”.

Millət vəkili Sahib Alıyev isə hesab edir ki, P. Aqramuntu Azərbaycanın böyük dostu kimi adlandırmaq doğru deyil: “Pedro Arqamuntun Azərbaycanın böyük dostu olması fikrini bölüşmürəm. Hətta, o Azərbaycanın böyük dostudursa, bu barədə aləmə car çəkmək düzgün deyil”.

Pedro Arqamuntun indiyə qədərki fəaliyyəti göstərib ki, sələfi Ann Brosserdən fərqli olaraq həm Azərbaycana, həm də regiondakı proseslərə yanaşmada, nisbətən obyektiv mövqedə dayanan bir şəxsdir. Hesab edirəm ki, Azərbaycanın hazırda üzləşdiyi problemi cənab Aqramunt digərlərindən daha çox anlamalıdır. Çünki, onun özü də tez-tez separatçılıq çağırışları ilə üz-üzə qalan İspaniyanı təmsil edir”,- deyə S.Alıyev bildirib.

Deputat təəssüflə qeyd edib ki, bir sıra beynəlxalq qurumlar ayrı-ayrı dövlətlərin təsiri altındadır: “Həmin qurumların rəhbərliyində dayanan şəxslər bəzən obyektiv çıxışlar etmək əvəzinə verilən tapşırılqar üzrə hərəkət edirlər: “Ümid edirəm ki, cənab Aqramunt belə təzyiq və tapşırıqları rədd edəcək və AŞPA-ya rəhbərlik etdiyi dövrdə Ann Brosserdən fərqli olaraq özünün obyektivliyi, ədalətliliyi, realistliyi ilə fərqlənəcək”.

Qeyd edək ki, İspaniyanın Valensiya bölgəsindən deputat seçilmiş senator Pedro Aqramunt 2000-ci ildən etibarən AŞPA-da təmsil olunur. O, bu illər ərzində müxtəlif vaxtlarda assambleya daxilində komitə sədri vəzifələrində çalışıb, bir çox hesabatlar hazırlayıb və eyni zamanda, uzun illər Azərbaycan üzrə həmməruzəçi vəzifəsində çalışıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net