Bu adların qoyulmasının qarşısı alındı: "Lumu", "Peşiman", "Mutlugün"
Tarix: 26-01-2016, 13:52 | Çap et
Bu adların qoyulmasının qarşısı alındı: "Lumu", "Peşiman", "Mutlugün"
“Yanvar ayı ərzində “ASAN Xidmət” mərkəzlərindən uşaqlara qoyulan adlarla bağlı bizə 20-yə yaxın müraciət daxil olub”.

Bunu APA-ya açıqlamasındaNazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

O bildirib ki, “ASAN Xidmət” mərkəzlərindən daxil olan müraciətlər zamanı valideynlərin yeni doğulan körpələrinə “Arsen”, “Mutluay”, “Mutlugün”, “Peşiman” və “Lumu” adlarını qoymaq istədikləri məlum olub.

Sədr müavinin sözlərinə görə, valideynlərə bu adların uşaqlara verilməsinin qanuna müvafiq olmadığı izah olunub: “Nəticədə uşaqlara həmin adlar qoyulmadı”.

S. Sadıqova qeyd edib ki, son zamanlar adların düzgün yazılışı ilə bağlı müraciətlərin sayı artıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net