Bakıda aptekdən 500 manat oğurlayan qadın tapılmır
Tarix: 26-01-2016, 12:48 | Çap et
Bakıda aptekdən 500 manat oğurlayan qadın tapılmır
Bir neçə gün əvvəl aptekdə 500 manat pul itirən şəxs Lent.az-a müraciət edib. Səbail rayonu ərazisində, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsindəki aptekdə ehtiyatsızlıqdan 500 manat pulunu itirən Şaiq Səmədov bildirib ki, hadisənin üstündən 9 gün keçməsinə baxmayaraq, polis pulu götürən qadını tapmayıb: "Mən hadisədən dərhal sonra 102-yə xəbər verdim və daha sonra 9-cu Polis Bölməsinə gedərək şikayət ərizəsi yazdım. Bundan başqa hadisəni əks etdirən video da var. Kadrlara diqqətlə baxanda görünür ki, mənim bükülmüş formada olan 500 manatım necə yerə düşür və yaxınlıqdakı qadın pulu götürür. Videoda həmin qadının üzü də açıq əks olunur. Lakin hələlik polis həmin şəxsi tapa bilməyib".

Qeyd edək ki, hadisə yanvarın 17-də saat 19:20 radələrində baş verib.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net