Pakistan universiteti bağlı qalacaq
Tarix: 26-01-2016, 12:18 | Çap et
Pakistan universiteti bağlı qalacaq
Ötən həftə talibançıların 21 tələbə və müəllimini qətlə yetirdiyi Pakistan universiteti təhlükəsizlik tədbirləri gücləndirilənədək bağlı qalacaq.

Bacha Khan Universitetinin tələbələr və işçiləri yanvarın 25-də görüşüblər, kampus qısa müddətə açılıb. Azı 200 tələbə isə təhlükəsizliyin daha yaxşı təmin olunması tələbilə aksiya keçirib.

Əməkdaşlar bildiriblər ki, təhlükəsizlik təkmilləşdirilənə kimi universitet bağlı qalacaq. Bir professor bəzi həmkarlarının özünümüdafiə üçün silah tələb etdiyini söyləyib.

Yanvarın 20-də Taliban qrupunun silahlıları bu təhsil müəssisəsinə hücum edib. Hücumçuların dördü də öldürülüb. Daha 5 nəfər şübhəli saxlanıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net