Təhsil Şöbəsi: Xırdalanda məktəbdə şagirdin döyülməsi faktı direktor və müəllimin iştirakı ilə araşdırılıb
Tarix: 25-01-2016, 17:46 | Çap et
Təhsil Şöbəsi: Xırdalanda məktəbdə şagirdin döyülməsi faktı direktor və müəllimin iştirakı ilə araşdırılıb
Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsində məktəbin direktoru Həcər İbrahimova və ibtidai sinif müəllimi Sevda Rüstəmovanın iştirakı ilə araşdırılıb. Bu barədə APA-ya Abşeron Rayon Təhsil Şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, baş vermiş hadisənin məktəbin əsas qərarverici orqanı olan Pedaqoji Şurada müzakirə edilməsi və müvafiq qərarın şura üzvləri tərəfindən verilməsi tövsiyə olunub.

Pedaqoji Şuranın qəbul etdiyi qərarla bağlı əlavə məlumat veriləcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net