Başçı maaşların verilməməsindən danışdı
Tarix: 25-01-2016, 16:26 | Çap et
Başçı maaşların verilməməsindən danışdı
Cənab prezidentin mühüm tapşırıqları var və iş adamları da göstərişlərə əməl edirlər.

Bu sözləri Axar.az-a Daşkəsənin icra başçısı Əhəd Abıyev rayonda süni qiymət artımına yol verilməsindən danışarkən deyib. Onun sözlərinə görə, bu məsələlərə nəzarət edən müvafiq qurumlar var və Daşkəsəndə hər şey qaydasındadır.

Ə.Abıyev Daşkəsən Mədən Zavodunda işləyənlərin Bakıya - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayətə gəlməsi xəbərindən də danışıb:

“Əvvəla, zavod qapalı səhmdar cəmiyyətidir və bu məsələnin rayon İcra Hakimiyyətinə bir bağlılığı yoxdur. Ona görə işçilərə maaş verilməməsi problemini həll edən qurum biz deyilik. Digər tərəfdən də belə bir hal olmayıb. Əgər olsaydı, mənə məlumat verilərdi, bizə də müraciət olunardı”.

Ə.Abıyev hazırda rayonda qarlı-şaxtalı, soyuq hava şəraitinin hökm sürdüyünü, amma qışla bağlı bütün kommunal hazırlıqların yüksək səviyyədə görüldüyünü bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net