Bakının "20-ci sahə"sində "qaz aksiyası": sakinlər nə istəyir?
Tarix: 25-01-2016, 15:59 | Çap et
Bakının "20-ci sahə"sində "qaz aksiyası": sakinlər nə istəyir?
Səbayel rayonu, Arif İsmayılov küçəsinin sakinləri qazın verilməməsinə etiraz olaraq bu gün "20-ci sahə"də aksiya keçirirlər.

Bu barədə virtualaz.org saytına sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, hazırda 200-dək sakin qaz verilişinin bərpa olunmasını tələb edir. Onlar 2 aydan çoxdur qazın verilmədiyini deyirlər.

Hadisə yerinə Səbayel Rayon İcra Hakimiyyətinin nümayəndələri və polislər gəlib. İcra hakimiyyətinin nümayəndələri “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxlayıblar. Birlikdən ərazidə təmir işləri aparıldığını, amma axşama qədər qazın veriləcəyini söyləyiblər.

İcra hakimiyyəti sakinlərdən problemin həll olunması üçün vaxt istəyib.

Buna baxmayaraq, 50-dən çox sakin küçədə gözləyəcəyini deyib.

Hazırda aksiya davam edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net