"Süd vannasında çimmirəm"
Tarix: 25-01-2016, 15:55 | Çap et
"Süd vannasında çimmirəm"
Xalq artisti Məleykə Əsədovanı özündən çıxarıblar.

Axşam.az-ın məlumatına görə, aktrisa “ATV maqazin onlarla” verilişində onun adından açılan saxta profillərdən danışıb:

“Mən Facebook-da yoxam. Adımdan profil açıb, mənə uyğun olmayan sözlər yazırdılar. O insanları şikayət etməyi düşünmürəm. Mənim bir məhkəməm var, o da Allahdır. Heç kimə cavab vermirəm. Hamıya demək istəyirəm ki, Facebook-da adıma açılan profillərin mənə aidiyyatı yoxdur. İnstaqramda isə özüm otururam. 27 ildir eyni şöhrəti saxlayıram. Sənətə dedi-qodularla gəlməmişəm. Obrazlarımla sevgi qazanmışam”.

M.Əsədova haqqında yayılan şayiələrdən də bəhs edib:

“Deyirlər, “Məleykə süd vannasında çimir. Ölü dənizdən su çəkdirib”. Mən Kür qırağının qızıyam, süd vannasında çimmirəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net