
Ötən il ərzində Azərbaycana 26 785 ədəd avtomobil idxal olunub. Bu göstərici 2014-cü illə müqayisədə 36 583 avtomobil və ya 57,7% azdır.
Moderator.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin 2015-ci il yanvar-dekabr ayları üzrə açıqladığı hesabatında bildirilir.
Belə ki, ölkəyə gətirilən avtomobillərin 816 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 23 765 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 961 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 243 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

