
Türkiyənin Kilis bölgəsində orta məktəb top mərmisi ilə partladılıb. Nəticədə, məktəbdə işləyən bir xadimə həyatını itirib, bir şagird isə yaralanıb.
Musavat.com xəbər verir ki, Kilisdəki orta məktəbə düşən 3 raket mərmisi Suriyadakı İŞİD mövqelərindən atılıb.
Türkiyə mətbuatının əldə etdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri İŞİD mövqelərinə davamlı olaraq, ağır silahlardan atəşə tutub və bombalayıb.

