Bakı-Sumqayıt dəmir yolu üçün "Stadler Rail Group" şirkətindən iki yeni qatar alınacaq.
Bu barədə AzVision.az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
Qurum rəsmisi bildirib ki, yeni qatarlar yaxn vaxtlarda Azərbaycana gətiriləcək.
N. Əzməmmədov, həmçinin qeyd edib ki, Bakı-Sumqayıt qatarından gün ərzində 2000-ə yaxın sərnişin istifadə edir.

