Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verən cinayət hadisəsi zamanı xəsarət alan xəstələrin durumu qənaətbəxşdir.
Bu barədə hafta.az-a onların müalicə aldığı 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib. Növbətçi həkimin məlumatına görə, Qurbanov İlham Zakir oğlunun xəsarət yetirdiyi yoldaşı Qurbanova Mədinə, baldızı Aynurə Əliyeva və qayınanası, 1961-ci il təvəllüdlü Çimnaz Əliyeva vəziyyətlər kafi qiymətləndirilir:
“Ayın 5-də kəsilmiş-deşilmiş yaralar və qanaxma ilə xəstəxanamıza müraciət ediblər. Dərhal əməliyyat olunublar. Hazırda cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri nisbi kafi qiymətləndirilir. Özlərini yaxşı hiss edirlər. Huşları anlaq vəziyyətdədir. Müalicələri davam etdirilir”.
Qeyd edək ki, yanvarın 5-də Maştağa qəsəbəsində cinayət hadisəsi qeydə alınıb. Maştağa qəsəbəsi Bağırov 98 ünvanında yaşayan Zakir Qurbanov yuxarıda adı çəkilən qohumalrına ailə münaqişəsi zəminində çoxsaylı bıçaq xəsarətləri yetirib.
Hər üç yaralı çağırılan təcili yardım vasitəsi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

