Birinci ledi ərini prezidentlikdən kənarlaşdırdı
Tarix: 24-12-2015, 11:06 | Çap et
Birinci ledi ərini prezidentlikdən kənarlaşdırdı
Zimbabvenin 91 yaşlı prezidenti Robert Muqabenin arvadı Qreys Muqabe ərini dövlət başçısı postundan uzaqlaşdırıb. Modern.az bildirir ki, bu haqda “The Guardian” müxalifətdə olan “Demokratik dəyişikliklər uğrunda hərəkat” partiyasının lideri Morqan Tsivanqiraiyə istinadən məlumat yayıb.

Siyasətçinin sözlərinə görə, Zimbabvedə “saray çevrilişi” baş verməsi nəticəsində hakimiyyət 50 yaşlı Muqabenin əlinə keçib. Partiya lideri qeyd edib ki, prezidentin arvadı ölkənin rəhbərliyini həvəslə ələ alıb:

“Hökumətdə heç kim milli problemlər haqda düşünmür, hər kəsi bu yorğun (Roberta Muqabe – red.) adamı kimin əvəzləyəcəyi narahat edir”, - Tsivanqirai bəyan edib.

Qəzet iddia edir ki, son aylarda Qreys Muqabe Zimbabvenin siyasi arenasında daha çox görünür. Bu qadın 2014-cü ildən hakim Zimbabve Afrika Milli Birliyi – Vətənpərvərlik Cəbhəsi partiyasında rəhbər vəzifələrdən birini tutur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net