40 min manata görə 11 il həbsdə yatacaq
Tarix: 23-12-2015, 11:25 | Çap et
40 min manata görə 11 il həbsdə yatacaq
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rafiq Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Rafiq Ağayev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Rafiq Ağayev 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə şərti cəza alıb.

Qeyd edək ki, Rafiq Ağayev Bakı şəhər sakininin etibarından sui-istifadə edərək, ondan 40 min manat pul alıb geri qaytarmayıb. Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net