İtaliya Ərbildə konsulluq açdı - Kürdüstan reallaşır
Tarix: 23-12-2015, 10:56 | Çap et
İtaliya Ərbildə konsulluq açdı - Kürdüstan reallaşır
İtaliya Şimali İraq Kürd Regional Rəhbərliyinin mərkəzi Ərbildə konsulluq açıb.

Axar.az xəbər verir ki, açılış mərasiminə Regional Rəhbərliyin Baş naziri Neçirvan Bərzani ilə İtaliya Senatının sədri Pietro Qrasso qatılıb.

Bərzani açılışda çıxış edərək İtaliyanın daima İŞİD-ə qarşı mübarizədə kürd bölgəsinə dəstək verdiyini bildirib:

“İtaliyanın Ərbildə konsulluq açmasından məmnunuq. Bu, İtaliya, İraq və Kürdüstan arasındakı əlaqələrin hər baxımdan inkişafına yardım edəcək”.

Qeyd edək ki, bir neçə gün öncə İtaliya Baş naziri Matteo Renzi Mosul su anbarını qorumaq üçün İraqa 450 hərbçi göndərəcəklərini açıqlamışdı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net