“Azərbaycanda internatları 17 yaşında tərk edən qızlar sonradan yiyəsiz qalırlar”
Tarix: 22-12-2015, 15:46 | Çap et
“Azərbaycanda internatları 17 yaşında tərk edən qızlar sonradan yiyəsiz qalırlar”
“İnternat evlərini, sığınacaqları 17 yaşında tərk edən qızlar sonradan yiyəsiz qalırlar. Bu hal bizi çox narahat edir”.

APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, bu məsələ ilə əlaqədar qonşu dövlətlərin təcrübəsi öyrənilir: “Qardaş Türkiyədə kimsəsizlər evini tərk edən qızları dövlət dərhal işlə təmin edir. Hətta vergidə onlara güzəştlər olunur. Biz artıq bu məsələ ilə bağlı gələn il Milli Məclisdə təkliflərlə çıxış etməyə hazırlaşırıq. İnternat evlərini tərk edən qızlar ev ala bilməsələr belə, heç olmasa aldıqları maaşla kirayədə yaşamaq imkanları olsun”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net