Hesabat: İŞİD 2015-ci ildə əlindəki ərazilərin 14%-ni itirib
Tarix: 22-12-2015, 15:07 | Çap et
Hesabat: İŞİD 2015-ci ildə əlindəki ərazilərin 14%-ni itirib
İŞİD terror qruplaşması 2015-ci ildə nəzarət etdiyi ərazilərin 14%-ni itirib və ən böyük itkilərini ABŞ rəhbərliyi altındakı koalisiya qüvvələrinin hava zərbələri nəticəsində yaşayıb.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə İngiltərədə yerləşən "İHS Janes" beyin mərkəzinin hesabatında deyilir.

Hesabata görə, Suriya-Türkiyə sərhədində yerləşən Tel Abyad, İraqın Tikrit şəhəri, Beyci neftayırma zavodu, eləcə də Rakka və Mosul arasındakı əsas yol İŞİD-in 2015-ci ildə itirdiyi ərazilər arasındadır. Terrorçuların nəzarət etdiyi ərazilər 12 min 800 kv km azalaraq 78 min kv km-ə qədər enib.

Bununla yanaşı, İŞİD il ərzində Suriyanın qədim Palmira və İraqın Ramadi şəhərlərini ələ keçirib. 2015-i ildə İraq öz ərazilərinin 6%-ni geri alıb. Ərazisinin 16%-ni itirən Suriya isə il ərzində ən böyük torpaq itkisi ilə üzləşən dövlət olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net