Rusiyanın müdafiə nazirliyi Ermənistandakı hərbi-hava bazasına əlavə hərbi texnika yerləşdirib.
Müdafiə nazirliyinin dekabrın 21-də yaydığı məlumatına görə, Krasnodardakı hərbi bazadan Yerevan ətrafındakı “Erebuni” bazasına 6 hücum və nəqliyyat vertolyotları göndərilib.
Söhbət Mİ-24 və Mİ-8 vertolyotlarından gedir.
Moskva dekabrın əvvəllərində də Ermənistandakı hərbi bazasına 7 vertolyor göndərmişdi.

