Rusiya Silahlı Qüvvələri Ermənistandakı bazaya hərbi və nəqliyyat helikopterləri göndərib.
AzVision.az-ın məlumatına görə, bu barədə “RİA Novosti” agentliyi Cənub Hərbi Dairəsinə istinadən xəbər verir.
Məlumata əsasən bu dəfə Rusiyanın Krasnodar diyarından 6 ədəd Mi-24 P zərbə və Mi-8MT nəqliyyat helikopterləri Ermənistana çatdırılıb.
Qeyd edək ki, dekabrın 8-də də Rusiya Ermənistandakı Erebuni hərbi bazasına hərbi və nəqliyyat helikopterləri göndərmişdi.

