Helmandda bir rayon Talibanın əlinə keçdi
Tarix: 21-12-2015, 13:07 | Çap et
Helmandda bir rayon Talibanın əlinə keçdi
Taliban Əfqanıstanın cənubundakı Helmand vilayətində strateji rayonu nəzarətinə alıb.

Helmand valisinin müavini Mohammad Jan Rasoolyar dekabrın 21-də deyib ki, bir neçə günlük döyüşlərdən sonra Sangin rayonu yaraqlıların əlinə keçib.

Rasoolyar deyir ki, ərazidəki ordu obyektləri yaraqlıların əlinə keçməyib. Döyüşlər davam edir.

Dekabrın 19-da Rasoolyar facebook vasitəsilə Prezident Ashraf Ghani-yə xəbərdarlıq edib ki, mərkəzi hakimiyyət kömək etməsə, Helmand təhlükədədir. O, son bir ayda 90-dan artıq təhlükəsizlik qüvvəsinin həlak olduğunu bildirib.

Helmand Talibanın mühüm bazası sayılır, dünya tiryəkinin böyük hissəsi burda istehsal olunur.

Ötən il ABŞ-ın rəhbərlik etdiyi koalisiya Əfqanıstanda missiyasını rəsmən bitirəndən sonra ölkədə zorakılıq artıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net