Lənkəranda apteklərin qənimi olan dostlar tutuldu
Tarix: 18-12-2015, 18:05 | Çap et
Lənkəranda apteklərin qənimi olan dostlar tutuldu
Lənkəran polisi rayon ərazisində oğurluqla məşğul olan şəxsləri zərərsizləşdirə bilib. Rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, daxil olan şikayət ərizələrinə müvafiq olaraq əməliyyat-axtarış tədbirləri keçirilib.

Əməliyyat zamanı rayon sakinləri 28 yaşlı Murad Rəşadət oğlu Ağayev və 17 yaşlı Taleh Heydər oğlu Bədəlov şübhəli şəxs qismində saxlanılaraq istintaq cəlb olunublar.

Araşdırmalar zamanı həmin şəxslərin bir sıra ticarət obyektlərindən qanunsuz yollarla müxtəlif növ noutbuklar, aksessuarlar oğurladıqları aşkara çıxıb.

Məlum olub ki, "dostlar" apteklərə də qanunsuz yolla daxil olaraq oradan müxtəlif növ dərman preparatları oğurlamağa müvəffəq olublar.

Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net